“Mançester Yunayted” müdafiəçi alacaq
29.08.2023 - 17:26
“Mançester Yunayted” müdafiəçi alacaq

“Mançester Yunayted” heyətinə yeni müdafiəçi qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Nikolas Talyafikonun xidmətində maraqlıdır.

“Lion”un argentinalı müdafiəçisi transfer pəncərəsinin son günlərində komandasını dəyişə bilər. O, zədəli Lük Şounu əvəz etməlidir.

Qeyd edək ki, “Lion” futbolçusunu 6 milyon avroya satmağa qərar verib.

writer photo
Əlirza Əlirzalı
0