Azərbaycan – Qazaxıstan matçının biletləri satışa çıxarıldı
25.08.2022 - 12:58
Azərbaycan – Qazaxıstan matçının biletləri satışa çıxarıldı

UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək Azərbaycan - Qazaxıstan oyununun biletləri satışa çıxarılıb.

Apasport.az saytının məlumatına görə, azarkeşlər biletləri iTicket.AZ vasitəsilə əldə edə bilərlər.

“Dalğa Arena”da baş tutacaq qarşılaşmada biletlərin qiyməti 2-10 manat arası dəyişir. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq mümkündür.

Qeyd edək ki, sentyabrın 25-də keçiriləcək Azərbaycan – Qazaxıstan oyunu saat 20:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0