Kamran Quliyev Emin Mahmudov məsələsinə aydınlıq gətirdi
01.06.2023 - 15:13
Kamran Quliyev Emin Mahmudov məsələsinə aydınlıq gətirdi

“Azərbaycan futbolçuları ölkə çempionatında pik zirvəsinə çatandan sonra düşünürlər. Sizə dəqiq deyirəm ki, Emin Mahmudov heç bir qərar verməyib”. 

Apasport.az saytının məlumatına görə. bunu “Neftçi”nin prezidenti Kamran Quliyev deyib.

O, “Errea” ilə müqavilə imzalama mərasimində komandanın kapitanı Emin Mahmudovun gələcək taleyi ilə bağlı sualı cavablandırıb. Quliyev Eminin hələ qərar vermədiyini açıqlayıb: “Onunla söhbətim olub. Kubokun finalından sonra qərarımızı verəcəyik. Bunu bərabər oturub müzakirə edəcəyik. Söhbət tək maddiyyatla bağlı deyil. Əgər Emin "Neftçi"də qalsa, ölkədə ən çox maaş alan futbolçulardan “üçlük”də olacaq. Ona çox yaxşı təklif etmişik. Layiq olduğu təklifdir, haqq etdiyi. Son ilin performansı digər illərə nisbətən daha yaxşı idi. Emin Mahmudov Azərbaycanda tək "Neftçi"ni düşünür. Xaricə getməli olsa, sırf öz üçün yeni macəra olacaq. Dəqiq deyim ki, qərar verməyib. Üç-dprd əvvəl söhbətimiz olub. Kubokdan sonra biləcəyik”.

writer photo
Əlirza Əlirzalı
0