Misli Premyer Liqasında klubların ötürmə sayı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, CİES-in araşdırmaları “Qarabağ”ın həm ümumi ötürmə cəhdi, həm də dəqiq paslarda hamıdan öndədir.
Qurban Qurbanovun yetirmələri hər matçda orta hesabla 584 dəfə ötürmə verir. Bunun 86,8 faizi dəqiq ünvanına çatır.
“Neftçi” ikinci sıradadır. “Qəbələ” də ilk “üçlük”də yer alıb.
Dəqiqlik faizində isə “Zirə” ikinci sırada qərarlaşıb. “Neftçi” bu göstəricidə üçüncüdür.
1. “Qarabağ” – 584 (86,8)
2. “Neftçi” – 536 (85,0)
3. “Qəbələ” – 500 (83,9)
4. “Sabah” – 478 (83,2)
5. “Zirə” – 471 (85,9)
6. “Kəpəz” – 436 (84,5)
7. “Sumqayıt” – 407 (79,4)
8. “Səbail” – 368 (79,4)
9. “Şamaxı” – 361 (79,1)
10. “Turan Tovuz” – 319 (78,3)
CİES ümumilikdə 71 çempionatın 1221 komandası ilə bağlı hesabat hazırlayıb. “Qarabağ” bu cədvələ daxil edilən liqaların dünya sıralamasında ötürmə sayında 47-cidir. 754 ötürmə ilə “Mançester Siti” birinci pillədədir.