Prandellidən vida
14.03.2023 - 11:18
Çezare Prandelli məşqçilik karyerasını bitirib.
Apasport.az saytı xəbər verir ki, bunu 65 yaşlı italiyalı məşqçinin özü açıqlayıb.
Artıq heç bir komandanı çalışdırmayacağını bildirən Prandelli ailəsinə vaxt ayırmaq istədiyini deyib: “Futbolla vidalaşmağın vaxtıdır. Bundan sonra zamanımı ailəmə və nəvələrimə sərf etmək istəyirəm. Vaxtımın əsas hissəsini onlarla parkda keçirəcəm”.
Qeyd edək ki, məşqçilik karyerasına 1993-cü ildə başlayan Çezare Prandelli İtaliya milli komandasını, “Roma”, “Fiorentina”, “Valensiya” və ”Qalatasaray” kimi komandaları çalışdırıb.
0
0