Alvaro Morata: "Səudiyyə Ərəbistanı klublarına getmək fikrində deyildim”
14.11.2023 - 12:39
Alvaro Morata: "Səudiyyə Ərəbistanı klublarına getmək fikrində deyildim”

"Atletiko"nun hücumçusu Alvaro Morata Səudiyyə Ərəbistanına mümkün transferi ehtimalını qiymətləndirib.

Apasport.az xəbər verir ki, ispaniyalı futbolçu Səudiyyə Ərəbistanına getmək fikrinin olmadığını bildirib.

O, uğurlarını İspaniyada davam etdirmək istədiyini açıqlayıb: “Səudiyyə Ərəbistanı klublarına getmək fikrində deyildim. Böyük təklif idi, amma mətbuatda deyildiyi kimi 50 milyon avro yox. "Atletiko"da qalıb onlarla titul qazanmaq istəyirəm. İspaniya millisində də yerimi qorumaq mənim üçün vacibdir”.

Qeyd edək ki, 31 yaşlı oyunçu bu mövsüm madridlilərin heyətində çıxdığı 10 matçda 7 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0