Xavi Munyos: “Qarabağ"la matçda xüsusi planlarımız var”
18.07.2023 - 19:17
Xavi Munyos: “Qarabağ"la matçda xüsusi planlarımız var”

“Bizi çox çətin oyun gözləyir. “Qarabağ” favoritdir. Oyuna məğlub başlayacağıq. Bütün bunlara baxmayaraq komandamıza inamımız böyükdür”.

Apasport.az saytı xəbər verir ki, bunu “Linkoln”un baş məşqçisi Xavi Munyos deyib.

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın qonağı olacaq Cəbəllütariq çempionunun çalışdırıcısı uzun səfərin oyunlarına təsir etməyəcəyini bildirib: “Düzdür, Bakıya səfər uzun oldu. Amma sizin qeyd etdiyiniz qədər də çox çətin olmadı. Klub rəhbərliyi bizim üçün rahat şərait yaratmağa çalışdı. Bu amilin sabah oyunumuza təsir edəcəyini düşünmürəm”.

İlk oyun barəsində danışan Munyos bəxtsizlikdən şikayətlənib. O, cavab matçında Bakıya gəzməyə gəlmədiklərini deyib: “İlk oyunda qurduğumuz plan özünü doğrultdu. Hətta qələbə də qazana bilərdik. Sadəcə bəxtsizlik kimi qəbul edirəm qalib gələ bilməməyimizi. Sabah da xüsusi planlarımız var, Bakıya gəzməyə gəlməmişik. Planımı burada açıqlamayacam. “Qarabağ”ı sabah da təəccübləndirmək üçün hər şeyi edəcəyik”.

Qeyd edək ki, “Qarabağ” ilk oyunda 2:1 hesabı ilə qalib gəlib.

 

writer photo
Əlirza Əlirzalı
0