"Vilyarreal"dan yeni müqavilə
30.12.2023 - 23:58
"Vilyarreal"dan yeni müqavilə

“Vilyarreal” heyətə müdafiəçi cəlb edib.

Apasport.az xəbər veriri ki, “Beşiktaş”dan ayrılan Erik Bayi İspaniya klubuna keçib.

Fil Dişi Sahili millisinin üzvünün transferini klubun rəsmi saytı bəyan edib. La Liqa təmsilçisi 29 yaşlı arxa xətt oyunçusunun keçidinə görə pul ödəməyib. 

Qeyd edək ki, Erik Bayi ilə müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
 

writer photo
Əlirza Əlirzalı
0