“Qarabağ”dan əzmkar, “Neftçi”dən inamlı qələbə - YENİLƏNİB
16.10.2022 - 19:22
“Qarabağ”dan əzmkar, “Neftçi”dən inamlı qələbə - YENİLƏNİB

Misli Premyer Liqasında X tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turun son günündə iki oyun keçirilib.

Gəncədə “Kəpəz” “Neftçi”ni qəbul edib. Azərbaycanın iki ən köklü klubunun duelində qonaqlar qələbə qazanıb. Hər hissədə bir dəfə fərqlənən “Neftçi” aktivinə üç xal yazıb.

Tura son çempion “Qarabağ”ın oyunu ilə yekun vurulub. Qurban Qurbanovun komandası qələbə həsrətində olan “Sumqayıt”ı sınağa çəkib. Bütün qolların ikinci hissəyə təsadüf etdiyi matçda ağdamlılar əzmkar qələbə qazanıb.

Qeyd edək ki, növbəti turun oyunları oktyabrın 20-23-də keçiriləcək.

Misli Premyer Liqası
X tur
16 oktyabr (bazar)
15:00. “Kəpəz” – “Neftçi” - 0:2
Qollar: 
Emin Mahmudov, 17, Kenni Sayef, 82
Baş hakim: Tural Qurbanov
“Kəpəz”: 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 80. Tural Rzayev, 74. Yusif Nəbiyev, 2. Zamiq Əliyev, 37. Ruslan Süleymanov, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 1. Müşviq Nadirov, 32. Elvin Yunuszadə, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 24. Mixeil Erqemlidze
Baş məşqçi: Tərlan Əhmədov
“Neftçi”: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 3. Mamadu Mbodj, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 20. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 51. David Orucov, 78. Elcan Əbilov, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato
Baş məşqçi: Laurentsiu Regekampf
Gəncə şəhər stadionu

17:30. “Qarabağ” – “Sumqayıt” - 3:1
Qollar: 
Ramil Şeydayev, 67, 87 (pen.), Musa Qurbanlı, 73 - Almir Aqanspahiç, 56
Baş hakim: Əliyar Ağayev
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu
Baş məşqçi: Qurban Qurbanov
“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Almir Aqanspahiç, 12. Todor Todoroski
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 7. Araz Abdullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 17. Murad Xaçayev, 55. İbrahim Əliyev, 20. Ayxan Süleymanlı, 30. Filipe Çabi, 23. Rifat Nurmuqamet, 22. Damian Daniçiç
Baş məşqçi: Samir Abasov
“Azersun Arena”

1

Qarabağ

9

9

0

0

28-7

27

2

Sabah

10

8

1

1

23-7

25

3

Neftçi

10

7

1

2

19-9

22

4

Zirə

10

5

1

4

13-17

16

5

Qəbələ

10

5

1

4

14-10

16

6

Turan Tovuz

9

3

3

3

8-10

12

7

Səbail

10

2

3

5

11-14

9

8

Kəpəz

10

1

1

8

6-25

4

9

Sumqayıt

10

0

4

6

2-14

4

10

Şamaxı

10

0

3

7

5-16

3

Bombardirlər: Ramil Şeydayev ("Qarabağ") - 9 qol, Musa Qurbanlı ("Qarabağ") - 8 qol, Coy Lens Mikels ("Sabah") - 6 qol, Runi Eva ("Turan Tovuz") - 5 qol, Ağabala Ramazanov ("Səbail") - 5 qol

writer photo
Əlirza Əlirzalı
0