Neymarın sevgilisini və qızını oğurlamaq istədilər
08.11.2023 - 10:33
Neymarın sevgilisini və qızını oğurlamaq istədilər

Braziliya millisinin futbolçusu Neymar xoşagəlməz hadisə ilə üzləşib.

Apasport.az xəbər verir ki, qarətçilər ulduz hücumçunun sevgilisi və yeni doğulmuş qızını oğurlamaq istəyiblər.

Hadisə San-Paulu ştatının Kotiya şəhərində baş verib. Cinayətkarlar gecə saat 3 radələrində Bruna Byankardinin valideynlərinin evinə soxulublar. Qarətçilər onların ağzını bağlayaraq silahla hədələyiblər.

Baş verəndən xəbər tutan qonşulardan biri polis çağırıb. Cinayətkarlardan biri saxlanılıb. 19 yaşlı qarətçi ilə əlbir olan digər şəxslər isə 120 min dollara yaxın qiyməti olan zinət əşyaları ilə birlikdə hadisə yerindən qaça biliblər. Brunanın anasını girov saxlayan cinayətkarlar oğurlamaq üçün qızın və körpənin yerini soruşublar.

Qeyd edək ki, Neymar və Bruna sosial şəbəkələrdə hər şeyin qaydasında olduğunu paylaşıblar. 

writer photo
Əlirza Əlirzalı
0