"Dinamo"nun futbolçuları Bakını gəziblər - FOTO
27.08.2024 - 17:25
"Dinamo"nun futbolçuları Bakını gəziblər - FOTO

Xorvatiyanın "Dinamo" klubu UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"la cavab oyunu üçün ölkəmizə səfər edib.

Apasport.az xəbər verir ki, Zaqreb təmsilçisinin futbolçuları bu gün paytaxt Bakıda şəhər gəzintisinə çıxıblar. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda axşam saatlarında oyunöncəsi son məşqini həyata keçirəcək.

Qeyd edək ki, "Qarabağ" - "Dinamo" qarşılaşması sabah saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0