İtaliya klubunun yeni baş məşqçisi açıqlandı
13.03.2024 - 16:57
İtaliya klubunun yeni baş məşqçisi açıqlandı

İtaliya A seriyasının təmsilçisi "Leççe"nin yeni baş məşqçisi məlum olub. 

Apasport.az xəbər verir ki, klub mövsümün sonuna qədər italiyalı mütəxəssis Luka Qottiyə tapşırılıb.

Komandanı yüksək liqada saxlayarsa, onunla müqavilə müddəti artırılacaq. 

Qeyd edək ki, 2 gün əvvəl klub rəhbərliyi Roberto Daversa istefaya göndərmişdi. 

writer photo
Əlirza Əlirzalı
0