"İnter" "Arsenal"ın müdafiəçisi ilə anlaşıb
24.07.2024 - 11:19
"İnter" "Arsenal"ın müdafiəçisi ilə anlaşıb

Premyer Liqa təmsilçilərindən "Arsenal"ın müdafiəçisi Yakub Kivor İtaliyaya qayıda bilər.

Apasport.az xəbər verir ki, 24 yaşlı futbolçu Rikardo Kalafiorinin gəlişi ilə "topçular"ın heyətində yerini itirmək riski ilə üzləşib.

Məlumata görə, Kiver "İnter"lə müqaviləsinin şərtlərini demək olar ki, razılaşdırıb.

Daha əvvəl "Arsenal"ın polşalının satışından 20 milyon avroya yaxın gəlir əldə etmək niyyətində olduğu bildirilirdi.

Yakub Kivor artıq A Seriyası ilə tanışdır: 2021-ci ilin avqustundan 2023-cü ilin yanvarına kimi o, "Spezia"da çıxış edib, bundan sonra "Arsenal" ilə müqavilə imzalayıb. Ötən mövsüm həm də mərkəzi müdafiədə çıxış edən sol cinah müdafiəçisi Mikel Artetanın komandasında 30 oyuna çıxıb.

writer photo
Əlirza Əlirzalı
0