"Bayer" yeni hücumçu ilə müqavilə imzalayacaq
18.07.2024 - 10:22
Liqa 1 təmsilçilərindən "Renn"in fransız hücumçusu Martin Terye karyerasını Almaniya çempionatında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Bayer Leverkuzen" oyunçu ilə müqavilə bağlamaqda maraqlıdır.
Tərəflər uzunmüddətli müqavilə imzalamağa yaxındırlar.
2023/2024 mövsümündə Terrier "Renn" forması ilə 36 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun transfer qiyməti 20 milyon avro olaraq qiymətləndirilir.
Ötən mövsüm "Bayer" Bundesliqa çempionu və Almaniya kubokunun qalibi olub.
0
0