Cerrard və Qattuzo bir-birinə rəqib oldu
19.04.2023 - 12:23
Cerrard və Qattuzo bir-birinə rəqib oldu

“Olimpiakos”un baş məşqçi postuna əsas namizəd bəlli olub.

Apasport.az saytının məlumatına görə, Yunanıstan klubunu Stiven Cerrard çalışdıra bilər.

İngiltərəli mütəxəssisin agentləri Pirey təmsilçisi ilə danışıqlar aparır. 42 yaşlı çalışdırıcı bu postu tutmağa əsas namizəd hesab olunur. Yunanıstanlıların digər namizədi isə Cennaro Qattuzodur.

Qeyd edək ki, Cerrardın son iş yeri “Aston Villa” olub. O, 2022-ci ilin oktyabrında Premyer Liqa klubundan ayrılıb.

writer photo
Əlirza Əlirzalı
0