Malkom da Səudiyyə Ərəbistanına getdi
04.08.2023 - 12:54
Malkom da Səudiyyə Ərəbistanına getdi

Daha bir futbolçunun Səudiyyə Ərəbistanı çempionatına yollanıb.

Apasport.az saytı xəbər verir ki, "Zenit" Malkomun "Əl-Hilal"a keçidini təsdiqləyib.

26 yaşlı hücumameyilli yarımmüdafiəçini Rusiya klubu 60 milyon avroya satıb. Braziliya millisinin də şərəfini qoruyan futbolçu 2027-ci ilin yayına kimi ərəb klubunun şərəfini qoruyacaq. 

Qeyd edək ki, “Zenit ”Malkomu 2019-cu ildə “Barselona”dan 41 milyon avro ödəyərək transfer etmişdi.

writer photo
Əlirza Əlirzalı
0