Məğlubedilməz boks üzrə ağır çəkili dünya çempionu Tayson Fyuri WBC kəmərini müdafiədən 3-cü dəfə qalib ayrılıb.
Apasport.az-ın xəbərinə görə, 34 yaşlı ingiltərəli idmançı Londonun "Totenhem Hotspur" stadionunda keçirilən boks gecəsində Zimbabve doğumlu britaniyalı boksçu Derek Çisoranı məğlub edib.
Rinq hakimi Çisoranın Fyurinin zərbələri qarşısında tab gətirmədiyini görərək 10-cu raundda döyüşü saxlayıb. Fyuri daha sonra ukraynalı Andrey Usiki döyüşə çağırıb.
Qeyd edək ki, Tayson Fyuri peşəkar boksda 34 görüş keçirib və bunlardan 33-də qələbə qazanıb. Onun daha bir görüşü heç-heçə ilə bitib.