“Qəbələ” qalib gəldi, “Neftçi” xal itirdi
05.11.2022 - 21:27
“Qəbələ” qalib gəldi, “Neftçi” xal itirdi

Bu gün Misli Premyer Liqasında daha iki oyun keçirilib.

Apasport.az saytının məlumatına görə, XIII turun ikinci günü Bakıdan kənarda baş tutub.

Öncə turnir cədvəlindəki qonşular turun mərkəzi matçına çıxıb. Dördüncü pillə üçün mübarizə aparan “Qəbələ” və “Zirə” əyalət klubunun meydanında qarşılaşıb. 

Ötən turu xalsız başa vuran rəqiblərin duelində bir qol vurulub. Ülvi İsgəndərovun meydanın mərkəzindən vurduğu top “Qəbələ”yə vacib üç xal qazandırıb.

Günə Sumqayıtda yekun vurulub. Qələbə həsrətində olan “Gənclik şəhəri” təmsilçisi liderlər qrupunda yer alan “Neftçi”ni qəbul edib. 

Bu, meydan sahiblərinin baş məşqçisi Samir Abasovun sabiq komandasına qarşı ilk dueli olub. Onun yetirmələri iki dəfə hesabda önə keçsə də, bakılılar məğlubiyyətdən qaça bilib – 2:2.
 
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
 

Misli Premyer Liqası
XIII tur
5 noyabr (şənbə)
15:00. “Qəbələ” – “Zirə” - 1:0

Qol: Ülvi İsgəndərov, 90+3
Baş hakim: Rauf Cabarov
“Qəbələ”: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 7. Rövlan Muradov, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“Zirə”: 1. Mehdi Cənnətov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 14. Hamidu Keyta, 5. Moiz Adileu, 26. Nemanya Andelkoviç
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 2. Sertan Taşkın, 13. Ramin Əhmədov, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 44. Dmitrios Çantakias, 17. Toni Qomes, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov
Qəbələ şəhər stadionu

19:30. “Sumqayıt” – “Neftçi” - 2:2
Qollar: Riçard Qadze, 41, Murad Xaçayev, 61 // Qodsvey Donyo, 49, Ataa Caber, 86
“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 15. Vüqar Bəybalayev, 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 43. Riçard Qadze, 12. Todor Todoroski, 22. Damian Daniçiç
Ehtiyatoyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 7. Araz Abdullayev, 24. Elşən Abdullayev, 55. İbrahim Əliyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 23. Rifat Nurmuqamet, 9. Almir Aqanspahiç
Baş məşqçi: Samir Abasov
“Neftçi”: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 26. Ömər Buludov, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 17. Rəhman Hacıyev, 2. Mert Çelik, 20. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 78. Elcan Əbilov, 3. Mamadu Mbodj, 18. Vato Arveladze, 16. Gilyerme Pato
Baş məşqçi: Laurentsiu Regekampf
Baş hakim: Cavid Cəlilov
“Kapital Bank Arena”

1

Qarabağ

11

11

0

0

35-7

33

2

Sabah

12

10

1

1

28-10

31

3

Neftçi

13

8

2

3

26-14

26

4

Qəbələ

13

6

2 5

17-13

20

5

Zirə

13

6 1 6

15-21

19

6

Turan Tovuz

12

4

3

5

10-16

15

7

Səbail

12

2

4

6

11-17

10

8

Kəpəz

12

2

2

8

10-26

8

9

Şamaxı

13

1

4

8

8-21

7

10

Sumqayıt

13

0

5

8

4-19

5

Bombardirlər: Ramil Şeydayev, Musa Qurbanlı (hər ikisi "Qarabağ") - 10 qol

writer photo
Əlirza Əlirzalı
0