Formula-1 üzrə Avstriya Qran-Prisinə yekun vurulub.
Apasport.az-ın saytı məlumatına görə, 71 dövrəlik yarışı hollandiyalı Maks Ferstappen qazanıb.
Bu “Red Bull” pilotunun mövsümdəki 7-ci qələbəsi olub. Növbəti yerləri Şarl Lekler (“Ferrari”) və Serxio Peres (“Res Bull”) tutublar. Ən sürətli dövrə vuran Ferstappen 26 xal toplayıb. Nəticədə xallarının sayını 229-a yüksəldən Maks ikinci yerdə qərarlaşan komanda yoldaşını xeyli qabaqlayır. Avstriyada üçüncü olan Peresin hesabında 148 xal var.
Qeyd edək ki, bir gün əvvəl keçirilən sprint yarışında da Ferstappen qələbə qazanmışdı.
Ferstappendən 7-ci qələbə
02.07.2023 - 19:32
0
0