Dani Alveş boksa keçir
21.07.2022 - 16:02
Dani Alveş boksa keçir

Braziliya millisinin futbolçusu Dani Alveş yeni sahəyə keçməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, 39 yaşlı müdafiəçi boksla məşğul olmaq fikrindədir.

Yay fasiləsində “Barselona”dan ayrıldıqdan sonra klubsuz qalan Alveş trenajor zalında boks hərəkətlərini nümayiş etdirdiyi video paylaşıb. Paylaşımında “Daim hazır” yazan futbolçunun tezliklə boksa keçəcəyinə işarə vurduğu bildirilib.

Qeyd edək ki, Dani Alveş ilin sonunda Qətərdə keçiriləcək dünya çempionatının ardından futbol karyerasını bitirməyi planlaşdırır.
 

writer photo
Əlirza Əlirzalı
0