“Sabah” autsayderə uduzdu, “Neftçi” "Sumqayıt"ı darmadağın etdi - YENİLƏNİB
08.04.2023 - 21:56
“Sabah” autsayderə uduzdu, “Neftçi” "Sumqayıt"ı darmadağın etdi - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XXIX turun növbəti qarşılaşmalar keçirilib.

Apasport.az saytının məlumatına görə, 2-ci oyun gününün matçlarına Bakı derbisi ilə start verilib.

İlk “3-lük”də qərarlaşan “Sabah” səfər sınağına çıxıb. Murad Musayevin komandası çempionatın autsayderi “Səbail”ə gözlənilmədən 90+5 qolu ilə uduzub.

Liderlər qrupunda yer alan “Neftçi” Sumqayıt səfərində qüvvəsini sınayıb. Laurentsiu Reqekampfın yetirmələri səfərdə oynamasına baxmayaraq, rəqibini darmadağın edib və "Sabah"la xal fərqini 5-ə endirib.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Misli Premyer Liqası
XXIX tur
8 aprel (şənbə)
17:30. “Səbail” – “Sabah” - 2:1
Qollar: 
David Qomis, 29, Qoba Zakpa, 90+5 - Emmanuel Apeh, 75 (pen.)
Baş hakim: İnqilab Məmmədov
“Səbail”: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 96. İlkin Muradov, 15. Vüqar Həsənov, 8. Elmir Tağıyev, 99. David Qomis, 30. Franko Mazurek, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 27. Emil Martinov, 11. Qoba Zakpa, 21. Kizito Luvaqa
Baş məşqçi: Şahin Diniyev
“Sabah”: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 3. Zurab Oçiqava, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 13. Abdulaye Ba, 99. Emmanuel Apeh
Baş məşqçi: Murad Musayev
“ASCO Arena”

20:00. “Sumqayıt” – “Neftçi” - 0:4
Qollar: Stankoviç, 7. Meza Kolli, 64. İ.Zülfüqarlı, 83. Lebon, 85
Baş hakim: Rauf Allahverdiyev
“Sumqayıt”: 25. İlnur Valiev, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 9. Karim Abubakar, 23. Kamran Aliev, 12. Todor Todoroski, 71. Masaki Murata
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 7. Terrens Tisdel, 37. Alya Ture
Baş məşqçi: Samir Abasov
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 92. Ömər Qurbanov, 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampf
“Kapital Bank Arena”

writer photo
Əlirza Əlirzalı
0