“Real”ın yarımmüdafiəçisi Marko Asensio karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu Premyer Liqanın 3 klubunun maraq dairəsinə düşüb.
Mövsümün sonunda “kral klubu” ilə müqaviləsi bitəcək və azad agent kimi komandanı tərk edəcək 26 yaşlı hücumameyilli oyunçu “Arsenal”, “Liverpul” və “Tottenhem”dən təklif alıb. Rəhbərliyin yeni müqavilə təklifini rədd etdiyi üçün daha az oynamaq şansı qazanan İspaniya millisinin üzvü digər variantları indidən götür-qoy etməyə başlayıb.
digər variantları indidən götür-qoy etməyə başlayıb.
Qeyd edək ki, Marko Asensio 2014-cü ildən “Real”da çıxış edir.