Van de Beek "Yunayted"i tərk etdi
10.07.2024 - 11:45
Van de Beek "Yunayted"i tərk etdi

İspaniyanın “Jirona” klubu niderlandlı futbolçu Donni van de Beeki heyətinə qatıb.

Apasport.az xəbər verir ki, “Mançester Yunayted” bu transferdən 500 min avro sabit gəlir əldə edib. Müqavilədəki əlavələrlə birlikdə bu məbləğ 15 milyon avroya qədər yüksələ bilər.

Yarımmüdafiəçinin ispanlarla müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, “qırmızı şeytanlar” bundan əvvəl 27 yaşlı futbolçunu “Ayntraxt Frankfurt”a icarəyə göndərmişdilər.
 

writer photo
Əlirza Əlirzalı
0