Avropa və dünya çempionu futbolla vidalaşdı
01.07.2023 - 21:12
İspaniya yığması Sesk Fabreqas peşəkar karyerasını başa vurub.
Apasport.az-ın məlumatına görə, 36 yaşlı futbolçunun çıxış etdiyi son klub “Komo” olub.
“Barselona” akademiyasında yetişən Fabreqas “Arsenal”, “Çelsi”, “Monako” kimi klublarının şərəfini qoruyub. İspaniyalı yarımmüdafiəçi karyerası ərzində 16 titul qazanıb. O, “Çelsi” (2014/15) və “Barselona”nın (2012/13) ölkə çempionu olub.
Qeyd edək ki, Sesk İspaniya yığmasının heyətində Avropa və dünya çempionu titullarına sahib çıxıb.
0
0