“İnter”dən 15 milyonluq transfer
02.08.2023 - 12:24
“İnter”dən 15 milyonluq transfer

“İnter” heyətinə yeni futbolçu qatır.

Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi Lazar Samarciçin transferini reallaşdırmağa yaxındır.

Yarımmüdafiəçinin keçidi ilə bağlı “Udineze” ilə danışıqlar müsbət nəticələnib. Tərəflər transferin son detallarını müzakirə edir. 21 yaşlı futbolçunun keçidinin 15 milyon avroya reallaşacağı gözlənilir.

Qeyd edək ki, serbiyalı ötən mövsümün 37 matçında 5 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0