Alleqri dünya çempionunu istəyir
28.12.2022 - 21:20
Alleqri dünya çempionunu istəyir

"Yuventus"un baş məşqçisi Massimilyano Alleqri Argentina ilə dünya çempionu olmuş Aleksis Mak Alisteri komandasında görmək istəyir.

Apasport.az xəbər verir ki, rəhbərlik dəyişikliyindən sonra Alleqri idman direktoru Federiko Çerubini ilə birlikdə transferləri həyata keçirəcək.

Xüsusilə, “Yuventus”un baş məşqçisi “Brayton”un yarımmüdafiəçisi Aleksis Mak Alisteri heyətinə qatmaqda maraqlıdır. Üstəlik, Alleqri Adrien Rabyonu komandada saxlamaqda maraqlıdır. Ancaq hazırda bu çətin görünür.

Qeyd edək ki, irland əsilli Aleksis Mak Alisterin "Brayton"la müqaviləsi 2025-ci ilə qədərdir. Futbolçunun transfer qiyməti 42 milyon avro olaraq qiymətləndirilir.

writer photo
Əlirza Əlirzalı
0