“Milan” və “Roma” yenə qələbəsiz qaldı
04.05.2023 - 01:48
“Milan” və “Roma” yenə qələbəsiz qaldı

İtaliya A seriyasının 33-cu turuna start verilib.

Apasport.az-ın məlumatına görə “Milan” və “Roma” turu qələbəsiz başa vurub.

Milan klubu autsayder “Kremenoze” ilə heç-heçə oynayıb. Romalılar isə “Montsa” səfərindən bir xalla dönüblər. Bu nəticələr hər iki komandanı Çempionlar Liqasına vəsiqə verən yerdən uzaq salıb.

“Atalanta” ardıcıl 3 qələbə ilə 5-ci pilləyə yüksəlib. Səfərdə “Verona”nın qapısından 6 cavabsız qol keçirən “İnter” isə 4-cü pillədə qərarlaşıb.

Lider “Napoli” “Udineze”nin qonağı olacaq. Qazanılacaq bir xal neapollularım çempionluğunu rəsmiləşdirəcək.
 

writer photo
Əlirza Əlirzalı
0