Portuqaliyalı futbolçu: “Klublarınız “Qarabağ”ın etdiklərindən ruhlanmalıdır” - MÜSAHİBƏ
05.01.2023 - 14:29
Portuqaliyalı futbolçu: “Klublarınız “Qarabağ”ın etdiklərindən ruhlanmalıdır” - MÜSAHİBƏ

“Səbail”in portuqaliyalı legioneri Qoba Zakpanın apasport.az saytına müsahibəsi

- “Səbail” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Komandan üçün mövsümün ilk yarısını necə dəyərləndirirsiniz?
- Əgər çempionatda sonuncu pillədəyiksə, bunun səbəbi yaxşı olmamağımız, birbaşa rəqiblərimiz olan komandalardan xal almamağımızdır. 

- “Səbail” son turda evdə “Qarabağ”a 0:3 hesabı ilə məğlub oldu. “Qarabağ”a qarşı oynamaq çox çətindir?
- “Qarabağ” bizdən yüksək səviyyəli komandadır. Onlar Avropa Liqasında Bundesliqa və Liqa 1 komandaları ilə rəqabət aparmağa qadir olduqlarını göstərdilər. Əslində, Azərbaycan klubları “Qarabağ”ın etdiklərindən ruhlanmalıdır. Çempionatın səviyyəsi həqiqətən yüksələ bilər.

- Ölkə kubokunun yarımfinalına vəsiqə qazandınız. Bunu necə əldə etdiniz?
- Bu, komandamızın keyfiyyətə malik olmasının sübutudur. “Sabah”a qarşı matçı heç bir təzyiq olmadan oynadıq. Biz özümüzə inanırıq. Hər zaman da qalib gəlməli olduğumuzu bilirik.

- Sizcə, “Səbail” “Qəbələ”ni məğlub etməklə finala yüksələ biləcək?
- Əgər bir oyunda qalib gələcəyinə inanmırsansa, evdə qalsan daha yaxşıdır. O zaman meydana daha çıxmamaq yaxşıdır. Futbolun gözəlliyi budur. Oyunda hər kəs qalib gələ bilər.

- “Səbail” ölkə kubokunu qazana bilər? Səncə favorit “Qəbələ”, “Neftçi”, “Turan Tovuz”, yoxsa sizsiz?
- Mənim üçün çempionat və kubok çox fərqli yarış formatlarıdır. Uzunmüddətli yarış olan çempionatda favoritlər və autsayderlər var. Kubokda isə hər şey fərqlidir. Bu yarışda hər bir komandanın finala çıxmaq şansı var.

- “Səbail”də baş məşqçi dəyişikliyi oldu, Şahin Diniyev komandanın “sükanı arxasına” keçdi. Bu dəyişikliyi necə dəyərləndirərdiz? 
- Bu məşqçi dəyişikliyini ancaq xoş qarşılamaq olar. Məncə, buna çox ehtiyacımız var idi. Yeni çalışdırıcını yaxşı tanımıram. Amma bilirəm ki, “Terek” (indiki “Axmat”) və Azərbaycan millisində çalışıb, orada təcrübələri var. Mən həqiqətən ümid edirəm ki, o, oyun planlarını müəyyənləşdirməkdə uğur qazanacaq. Bu komandadan ən yaxşısını edəcəyimizə inanıram və biz birlikdə turnir cədvəlində yüksəlməyə nail olacağıq.
 

writer photo
Əlirza Əlirzalı
0