O, “Liverpul”a lazım deyil
16.09.2022 - 15:03
O, “Liverpul”a lazım deyil

“Liverpul” icarəyə götürdüyü Artur Melonu vaxtından əvvəl geri göndərmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu qış fasiləsində başqa yarımmüdafiəçi almaq üçün axtarışa başlayıb.

Mersisaydlılar istədiyi oyunçunu tapsa, Artur “Yuventus”a qayıdacaq. O, “Liverpul”un baş məşqçisi Yurgen Kloppun istədiyi oyun tərzində çıxış etmir.

Qeyd edək ki, Artur İngiltərə klubuna keçəndən sonra cəmi 13 dəqiqə şans qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0