Ançelottidən XÜSUSİ MÜKAFAT
06.04.2023 - 13:10
Ançelottidən XÜSUSİ MÜKAFAT

İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Barselona”nı darmadağın edən “Real”ın futbolçuları gözlənilməz hadisə ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, onlar baş məşqçi Karlo Ançelotti tərəfindən mükafatlandırılıb.

İtaliyalı mütəxəssis matçdan sonra oyunçulara bir günlük istirahət verib. Ançelotti mövsümün sonundakı sıxlıq üzündən məşqlərə ara verilmədiyi vaxt belə addım atıb.

O, bu qərarını qarşılaşmadan sonra futbolçular önündə açıqlayıb. “Real”ın üzvləri bu xüsusi mükafatı alqışlarla qarşılayıb.

Qeyd edək ki, evdə 0:1 hesabı ilə uduzan madridlilər 60 ildən sonra “Nou Kamp”da 4 qol vurmağı bacarıb. Kərim Benzema üç, Vinisius Junior bir dəfə fərqlənib.

writer photo
Əlirza Əlirzalı
0