İngiltərə Premyer Liqasına yeni vəsiqə qazanan “Nottingem Forest” yay transfer dönəmində fəallığı ilə seçilib.
Apasport.az saytının məlumatına görə, adıçəkilən komanda bu dönəmdə 9 transfer həyata keçirib.
Bu da “Nottingem Forest”ə ümumilikdə 94,75 milyon avroya başa gəlib. Transfer pəncərəsinin hələ açıq olduğunu nəzərə alsaq, klub daha bir neçə transfer reallaşdıra bilər.
“Nottingem Forest” həm də futbol tarixində elitaya vəsiqə qazandığı il ən çox xərc çəkən 7-ci klub olub. Bu baxımdan zirvədə “Monako” qərarlaşıb.
1. “Monako” (Fransa)
2013/14 mövsümü: 160,7 milyon avro
2. “Aston Villa” (İngiltərə)
2019/20: 159,5 milyon
3. “Fulhem” (İngiltərə)
2018/19: 116,5 milyon
4. “Vulverhempton” (İngiltərə)
2018/19: 112,8 milyon
5. “Lids” (İngiltərə)
2020/21: 106,8 milyon
6. “Leypsiq” (Almaniya)
2016/17: 95,2 milyon
7. “Nottingem Forest” (İngiltərə)
2022/23: 94,75 milyon
8. “Uotford” (İngiltərə)
2015/16: 82,8 milyon