Joao Mario İstanbula gəldi
03.09.2024 - 23:21
Joao Mario İstanbula gəldi

Super Liqa təmsilçilərindən "Beşiktaş" Portuqaliya klublarından "Benfika"da çıxış edən Joao Marionu heyətinə qatmaq üzrədir.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Ağ-qaralılar" Joao Marionun transferində razılığa gəliblər. Futbolçu bu gün axşam saatlarında İstanbula yollanıb. O, tibbi müayinədən keçdikdən sonra "Beşiktaş"la müqavilə imzalayacaq.

"Porto"nun aşağı yaş qruplarında futbol oynamağa başlayan Joao Mario Portuqaliyanın “Sportinq” və “Benfika” klublarının formasını geyinib. 

Mario 2016-cı ildə “Sportinq”dən “İnter”ə keçib, daha sonra “Vest Hem Yunayted” və “Lokomotiv Moskva”da çıxış edib.

Karyerası boyunca 441 matçda meydana çıxan 31 yaşlı futbolçu bu matçlarda 61 qol vurub, 84 məhsuldar ötürmə edib.

“Beşiktaş” daha əvvəl Ciro İmmobil, Rafa Silva, Qabriel Paulista, Emirhan Topçu, Can Keleş, Feliks Uduokhai və Cher Ndouru heyətinə qatmışdı.

writer photo
Əlirza Əlirzalı
0