"Mançester Siti" və "Liverpul"un ortaq hədəfi
24.11.2023 - 14:34
"Mançester Siti" və "Liverpul"un ortaq hədəfi

"Mançester Siti" və "Liverpul" Valentin Barkonu heyətinə qatmağı planlaşdırır.

Apasport.az xəbər verir ki, “Boka Xuniors”un 19 yaşlı sol cinah müdafiəçisi Libertadores kubokundakı oyunu ilə İngiltərə nəhənglərinin hədəfinə düşüb.

Barko Argentinanın ən perspektivli futbolçularından biri sayılır. Müdafiəçinin özü hələ Avropa karyerasına başlamağa tələsmir.

Qeyd edək ki, Barko "Boka Xuniors”un heyətində 16 yaşında debüt edib. O, klub tarixində dördüncü ən gənc oyunçu olub.

writer photo
Əlirza Əlirzalı
0