Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun yeni mövsümə “Hatayspor”da başlamayacağı gözlənilir.
Apasport.az saytına verilən məlumata görə, Türkiyə klubu Renatla icarə müqaviləsini artırmaq niyyətində deyil.
Müqavilə ilə “Qraşhoppers”ə məxsus olan millimizin forvardının xidmətində Türkiyə Superliqasının başqa klubları da maraqlıdır.
Onun yayda “Qraşhoppers”ə qayıdacağı, yeni sezon üçün isə “Ankaragücü” ilə danışıq aparacağı gözlənilir.
Lakin ilk növbədə Renatla bağlı qərar verəcək səlahiyyətə “Hatayspor” malikdir.
Belə ki, onlar istəyərsə, Dadaşovu “Qraşhoppers”dən transfer etmə hüququna yiyələnə bilərlər.
Bu baş verməzsə, Renat “Ankaragücü” ilə danışığa başlayacaq.