“Qəbələ” “Hayduk”la bacarmadı
12.09.2022 - 20:52
“Qəbələ” “Hayduk”la bacarmadı

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.

Apasport.az saytının məlumatına görə, Çempionlar yolunda mübarizə aparan “qırmızı-qaralar” I mərhələdə ilk oyununu keçirib.

Azərbaycan çempionu Xorvatiyada “Hayduk”un qonağı olub. Zaur Hacıyevin yetirmələri çətin səfər sınağında 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, komandalar arasında cavab görüşü oktyabrın 4-də Qəbələdə keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0