Azərbaycanın futzal millisinin Bakıda toplanışı başlayıb.
Apasport.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün ilk məşqinə çıxan komanda sentyabrın 16-dək paytaxtda hazırlıq keçəcək.
Toplanışın ikinci hissəsi isə Çexiyanın Zlin şəhərində sentyabrın 17-dən 21-dək olacaq. Bu müddət ərzində Çexiya yığması ilə iki yoldaşlıq görüşü də planlaşdırılıb.
Baş məşqçi Vitali Borisov məşqlərə 3-ü qapıçı olmaqla ümumilikdə 16 oyunçu dəvət edib. Səfərə aparılacaq heyət toplanışın sonunda müəyyənləşəcək.
N |
Ad, soyad |
Klub |
1 |
Emin Kürdov (q) |
Araz-Naxçıvan |
2 |
Vladislav Reznov (q) |
Araz-Naxçıvan |
3 |
Kamran Hacıyev (q) |
Baku Fire |
4 |
Emil Həsənzadə |
Araz-Naxçıvan |
5 |
Xəzər Ağalızadə |
Araz-Naxçıvan |
6 |
İlham Alıyev |
Araz-Naxçıvan |
7 |
Tofiq Mikayılov |
Baku Fire |
8 |
Nurlan Mehdizadə |
Baku Fire |
9 |
Oktay Rüstəmli |
Baku Fire |
10 |
Fərid Abbasov |
Baku Fire |
11 |
Fərid Atakişiyev |
Neftçi İK |
12 |
Ülvi Əliyev |
Araz-Naxçıvan |
13 |
Mirzə Əmirov |
Neftçi İK |
14 |
Eldar Zeynalov |
Neftçi İK |
15 |
Seymur Məmmədov |
Neftçi İK |
16 |
Murad Quluzadə |
Baku Fire |
Qeyd edək ki, Çexiya - Azərbaycan oyunları sentyabrın 19-da və 20-də baş tutacaq.