Lemparddan antirekord
19.04.2023 - 12:04
Lemparddan antirekord

Frenk Lempard “Çelsi”nin tarixinə düşüb.

Apasport.az saytı xəbər verir ki, 44 yaşlı baş məşqçi İngiltərə klubunda ilk 4 oyununda məğlubiyyət acısı yaşayan ilk mütəxəssis olub.

O, Çempionlar Liqasının 1/4 finalında “Real”a hər iki oyunda 0:2, Premyer Liqada “Brayton”a 1:2, “Vulverhempton”a 0:1 hesabı ilə uduzub. Bu isə “Çelsi”nin tarixində antirekorddur. 

Qeyd edək ki, Lempardın bu “Çelsi”də ikinci baş məşqçiliyi dönəmidir. İngilis mütəxəssis daha öncə 2019-2021-ci illərdə komandanın sükanı arxasında olub.

writer photo
Əlirza Əlirzalı
0