“Old Trafford”da batırılan MİLYON
09.02.2023 - 13:42
“Old Trafford”da batırılan MİLYON

Bukmeker kontorlarında böyük mərc qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər “Mançester Yunayted”lə “Lids”in dünənki oyununa böyük məbləğdə vəsait qoyub.

Müştəri Premyer Liqanın VIII turundan təxirə salınan matçda meydan sahiblərini aşkar favorit sayıb. O, “Old Trafford”dakı qarşılaşmada “Mançester Yunayted”in Fora (-1) ilə qalib gələcəyini təxmin edib.

Better “Qızılgül derbisi”nə 1 milyon rubl (23 min 500 manat) pul yatırıb. Bu variantın əmsalı 1,75-ə bərabər olub.

Hər iki hissənin əvvəlində bir top buraxan “qırmızı şeytanlar” proqnozsevərin arzularının üstündən xətt çəkib. Düzdür, mançesterlilər 2 qol vurmağa və məğlubiyyətdən qaçmağa nail olub. Amma 2:2 hesablı heç-heçə betteri deyil, bukmeker kontorunu zənginləşdirib.

writer photo
Əlirza Əlirzalı
0