"Hava şəraiti toplanışımıza mane olmur. Məşqlərimiz istədiyimiz kimi davam edir”.
Bunu apasport.az saytına “Şamaxı”nın futbolçusu Fuad Bayramov deyib.
Hazırda Premyer Liqada assist sayında hamıdan öndə olan bölgə təmsilçisinin müdafiəçisi komandasının hazırlığını şərh edib. O, həmçinin, iddialı klubların transfer siyahısında yer alsa da, hazırkı komandasında qalmasına aydınlıq gətirib: “Mövsümün ikinci yarısına hazırlaşırıq. Bəli, liqanın ən çox assist edən oyunçusuyam. “Şamaxı”da qalmağım mənim daha da inkişaf etməyimə kömək olacam. Burada olan məşqçilər heyəti bizə futbolda olan hər bir nüansı başa salır. Gözəl kollektivimiz var. Komandada qalmaq tamamilə öz fikrim idi. Daha da təkmilləşmək istəyirəm. İnanıram ki, “Şamaxı”da inkişafım daha da yaxşı olacaq".
Onun sözlərinə görə, əsas hədəfi çempionatda öndə gedən klublarda oynamaqdır: “Premyer Liqada ən çox assist etməyimi məni çox sevindirir. Ancaq dayanmaq olmaz. Assist sayında yerimi qorumağa çalışacam ki, mövsümün sonuna qədər birinci pillədə olum”.