“Real”ın istədiyi belçikalı
17.08.2022 - 13:28
“Real”ın istədiyi belçikalı

“Lester”in yarımmüdafiəçisi Yuri Tilemans İspaniyaya köçə bilər.

Apasport.az saytının məlumatına görə, Belçika millisinin üzvü “Real”ın maraq dairəsinə düşüb.

La Liqa çempionu 25 yaşlı orta sahə oyunçusunun ətrafında baş verənləri diqqətlə izləyir. Tilemans “Arsenal” və “Mançester Yunayted” kimi klubların da transfer gündəmindədir. Ancaq madridlilər bu məsələdə tələsmədən hərəkət etmək istəyir. Çünki təklif edəcəkləri təqdirdə futbolçunun dərhal razılaşacağını düşünürlər.

Qeyd edək ki, Yuri Tilemans 2019-cu ildən “Lester”də çıxış edir.

writer photo
Əlirza Əlirzalı
0