Bu gün cüdoçularımız Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pridə mübarizəyə start verəcəklər.
Apasport.az xəbər verir ki, ilk yarış günündə 9 idmançımız mübarizə aparacaq.
25 yanvarda Qran Pri turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub:
Qadınlar
48 kq
Könül Əliyeva - Ka Li Vonq (Çin)
52 kq
Aydan Vəliyeva - Naomi Van Krevel (Niderland)
Gültac Məmmədəliyeva - Lea Metrot (Fransa)
57 kq.
Fidan Əlizadə - Veronika Peres Paçeko (İspaniya)
Açeliya Toprak - Maysa Pardayeva (Türkmənistan)
Kişilər
60 kq
Balabəy Ağayev - Maksimilian Heyder (Almaniya) / Artyom Lesyuk (Ukrayna) cütünün qalibi
Turan Bayramov - Joau Amaro Martins (Portuqaliya) / Ancelo Pantano (İtaliya) cütünün qalibi
66 kq
Yaşar Nəcəfov - Serdar Rahimov (Türkmənistan) / Yanislav Qerçev (Bolqarıstan) cütünün qalibi
Kamran Süleymanov - Aleksandr Bukur (Portuqaliya)
Qeyd edək ki, Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 9 çəki dərəsində 11 kişi və 5 qadın cüdoçu ilə təmsil olunacaq.