Futbol mövqeyini itirdi - danışılmış oyunlar
12.12.2022 - 16:55
Futbol mövqeyini itirdi - danışılmış oyunlar

Ən çox danışılmış oyunların olduğu idman növləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları ilə əməkdaşlıq edən İBİA-nın tərtib etdiyi siyahının ilk pilləsində tennis qərarlaşıb.

Son 3 ayda 39 matçla bağlı araşdırmalara başlanılıb. Hazırda həmin görüşlər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yoxlanılır.

İkinci pillənin sahibi dəyişib. Son vaxtlar populyarlığı artan kiberidman danışılmış oyun sayında da “yüksəlişdədir”. Futbol isə üçüncü sıraya yuvarlanıb.

Tennisdəki danışılmış oyunlar əsasən Avropanı əhatə edir. Cənubi Amerika və Asiya isə daha çox futbolda çirkin əməllərlə məşğuldur.

Bu dövrün ən korrupsiyalı turnirləri isə Mərakeş və Tunisdəki tennis yarışlarıdır. Afrikada 6 qarşılaşma danışılmış olub.

Ön sıralarda qərarlaşan digər idman növü isə stolüstü tennisdir. Amma bukmeker kontorları bu növə pul qoyuluşlarına limit tətbiq edir. Bu üzdən də danışılmış oyunlarla məşğul olanlar üçün kiçik qazanc cəlbedici sayılmır.
 

writer photo
Əlirza Əlirzalı
0