Yığmamızın rəqiblərinə PROQNOZ
06.06.2022 - 12:49
Yığmamızın rəqiblərinə PROQNOZ

Millətlər Liqasının Slovakiya – Qazaxıstan matçına proqnoz açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının da yer aldığı C liqasının 3-cü qrupunun liderlərinin görüşünə təkli kupon təklif olunub.

Rusiyalı futbol eksperti Anton Getta görüşdə meydan sahiblərini favorit görür:

Slovakiya Avropanın möhkəm komandalarından biridir. Bu yığmada İtaliya top klublarında forma geyinən Lobotka və Şkrinyar kimi oyunçular çıxış edir. “Nyukasl”ın əsas qapıçısı Dubravka bu dəfə milliyə çağırılmasa da, “Fulhem”in “1 nömrə”si Rodak da var. Qazaxıstan isə belə ulduzları ilə öyünə bilməz.

Əlbəttə, meydan sahibləri qalib gəlməlidir. Sual komandaların hücumda nə qədər aktiv olmasındadır. Fikrimcə, burda çətin ki 3-dən çox qol olsun. Çünki qonaqlar qapanmağı bacarır. Meydan sahibləri isə imkanlardan istifadədə xüsusi bacarıq göstərməyiblər. Ümumi əmsalı 1,85-ə bərabər olan meydan sahiblərinin qələbəsi və 3-dən çox qol olmayacağına qoyuluş etmək mümkündür.

Proqnozum: 1 və Alt 3,5
 

writer photo
Əlirza Əlirzalı
0