Hollandiyalı yarımmüdafiəçi “İnter”də
01.09.2023 - 23:16
Hollandiyalı yarımmüdafiəçi “İnter”də

Holladiyalı Devi Klassen karyerasını İtaliyada davam etdirəcək. 

Apasport.az saytı xəbər verir ki,  30 yaşlı futbolçu “İnter”lə iki illik müqavilə imzalayıb.

Klassen Milan klubuna azad agent kimi qoşulub. “Ayaks”ın yetiirməsi olan Devi ikinci dəfə doğma klubu tərk edib. İlk dəfə, o, 2017-ci ildə “Everton”a transfer olunmuşdu. Bundan sonra “Verder”ə keçən futbolçu 2020-ci ildə Amsterdama dönmüşdü.

Qeyd edək ki, Klassen “Ayask”ın heyətndə 312 oyun keçirib. O, bu qarşılaşmalarda 93 qol və 50 ötürməlik nəticə göstərib.
 

writer photo
Əlirza Əlirzalı
0