Ferdi Kadıoğlu üçün rekord təklif
06.07.2024 - 16:04
Ferdi Kadıoğlu üçün rekord təklif

Super Liqa təmsilçilərindən "Fənərbaxça"nın ötən mövsümün parlayan ulduzlarından olan Ferdi Kadıoğlu milli formadakı çıxışı ilə bütün diqqətləri üzərinə çəkib.

Apasport.az  "Fanatik"ə istinadla xəbər verir ki, "Brayton" Ferdi Kadıoğlu üçün 25 milyon avro təklif edib. 

Rəqəmin daha da arta biləcəyi bildirilsə də, "Fənərbaxça" rəhbərliyinin hələlik bu təklifə cavab vermədiyi bildirilib. Rəhbərliyin Ferdi Kadıoğlu ilə bağlı yekun qərarı vermək üçün AVRO-2024-ün bitməsini gözlədiyi qeyd edilib.

Ferdi Kadıoğlu ötən mövsüm "Fənərbaxça"nın heyətində 51 oyun keçirib. Türkiyə millisinin futbolçusu bu matçlarda 4324 dəqiqə meydanda olub və 3 qol vurub, 5 məhsuldar ötürmə edib. 

 

writer photo
Əlirza Əlirzalı
0