Klyuvert “Bornmut”la 5 illik müqavilə imzaladı
24.06.2023 - 00:57
Klyuvert “Bornmut”la 5 illik müqavilə imzaladı

Castin Klyuvert nəhayət ki, “Roma” tərk edib.

Apasport.az-ın məlumatına görə, hollandiyalı futbolçu “Bornmut”a keçib.

Bu transfer üçün ingilis klubu qarşı tərəfə 11 milyon avro ödəyəcək. 24 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Roma”da möhkəmlənə bilməyən futbolçu 3 dəfə icarə əsasında digər klublarda çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0