“Bayer”də yeni müqavilə
15.05.2023 - 15:41
“Bayer”də yeni müqavilə

“Bayer” heyətinə yeni futbolçu qatır.
 
Apasport.az saytının məlumatına görə, bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.

Bundesliqa təmsilçisi Alexandro Qrimaldonun ilə müqaviləni rəsmiləşdirib. “Benfika”nın müdafiəçisi yayda “Bayer”ə qoşulacaq.

İspaniyalı arxa xətt oyunçusu Leverkuzen klubuna azad agent kimi keçəcək. 27 yaşlı müdafiəçi ilə müqavilə 2027-ci ilədək nəzərdə tutulub.

Qeyd edək ki, Qrimaldo mövsümün 52 matçında 7 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0