Rusiya İranla heç-heçə etdi
23.03.2023 - 23:23
Rusiya İranla heç-heçə etdi

Rusiya millisi bu gün İranla yoxlama oyunu keçirib.

Apasport.az xəbər verir ki, görüş Tehranda "Azadi" stadionunda olub. Matç 1:1 hesabı ilə başa çatıb.

Hesabı 29-cu dəqiqədə Rusiya yığmasından Anton Mirançuk açsa da, bərabərlik qolunu 47-ci dəqiqədə "Portu"nun hücumçusu Mehdi Taremi vurub. Hər 2 qol penaltidən rəqib qapısına göndərilib.

Qeyd edək ki, Rusiyanın Ukrayna ərazisinə silahlı müdaxiləsinə görə ölkənin yığma komandası beynəlxalq yarışlardan kənarlaşdırılıb. Ona görə də komanda yoxlama görüşləri keçirmək qərarına gəlib.

writer photo
Əlirza Əlirzalı
0