Premyer Liqa klublarından aksiyaya etiraz
02.08.2022 - 11:33
Premyer Liqa klublarından aksiyaya etiraz

İngiltərə Premyer Liqası klubları yeni mövsümdən hər oyundan əvvəl diz çökmək aksiyasının ləğvini istəyir.

Apasport.az saytının məlumatına görə, klub rəhbərləri bunun mənasını itirdiyini düşünürlər.

Bu yaxınlarda Premyer Liqanın 20 klub kapitanının toplantısında məsələ müzakirə olunub. Futbolçular belə qənaətə gəliblər ki, bu hərəkəti yalnız turun əsas qarşılaşmaları zamanı həyata keçirmək daha yaxşıdır. Çünki bu, media və televiziyanın diqqətini daha çox cəlb edəcək.

Çox güman ki, aksiyanın keçirilməsi məsələsi hər görüşdən əvvəl ayrıca həll olunacaq. Lakin bu, hələ də müzakirə olunur.

writer photo
Əlirza Əlirzalı
0