"Mançester Siti" "Vulverhempton"un ulduzu üçün "Liverpul"la yarışacaq
11.03.2024 - 09:07
"Mançester Siti" "Vulverhempton"un ulduzu üçün "Liverpul"la yarışacaq

"Vulverhempton"un hücumameyilli yarımmüdafiəçisi Pedro Neto İngiltərə Premyer Liqasının nəhənglərinin maraq dairəsindədir.

Apasport.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat  yayıb.

Bildirilib ki, 24 yaşlı futbolçu ilə "Mançester Siti" maraqlanır.

Daha əvvəl portuqaliyalıya iddialı olaraq “Tottenhem”, “Arsenal”, “Nyukasl” və “Liverpul” göstərilirdi.

Bir çox fərqli mövqelərdə oynamağı bacaran "Vulverhempton"un hücum lideri uğrunda mübarizədə "şəhərlilər"in əsas rəqibi "Liverpul"dur.

Təklif olunan transferin dəyəri 70 milyon avrodan çox ola bilər.

Qeyd edək ki, Pedro Neto bu mövsüm komandasının heyətində 23 oyunda 3 qol vurub və 11 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0